1 Aprel 2015 14:38
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Rüstəmov: “İdarəolunan məzənnədən tam üzən məzənnə prosesinə keçmək nəzərdə tutulur”

“Devalvasiyaya uğrayan manat deyil, neftdir”. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentin İqtisadi siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçirilən birgə iclasında deputatların suallarını cavablandırarkən bildirib.

Qeyd edək ki, sözügedən komitələrin birgə iclasında çıxışı zamanı deputat Vahid Əhmədov 21 fevral manatın devalvasiyası məsələsinə toxunaraq, bu yöndə ciddi problemlərin yarandığını qeyd edib. V. Əhmədov eyni zamanda, devalvasiyadan sonra dollarla kredit götürən vətəndaşların ciddi problemlərlə üzləşdiyini söyləyib:

Milli Bankın sədri Elman Rüstəmov isə öz növbəsində qeyd edib ki, əgər bir müddət öncəyə kimi neftin bir barrelinin qiyməti 140 dollar idisə, son zamanlar dünyada yaşanan məlum proseslərlə əlaqədar neftin qiyməti 50-60 dollara enib: “Ona görə də manatın devalvasiyasından yox, neftin devalvasiyaya uğramasından danışmaq daha düzgün olardı. Bu məsələdən danışarkən bəzən populyar qərarların qəbul edilməsindən bəhs olunur. Ancaq idarərmə təkcə populyar qərarlarla olmur, bəzən qeyri-populyar qərarlar da qəbul etmək tələb olunur və bu lazımdır. Ancaq indi məsələ heç də populyar və ya qeyri-populyar qəralar qəbul ertmək məsələsi deyil. Əsas məsələ manatın məzənnəsinin üzən məzənnəyə çevrilməsinə nail olmaqdır. Biz hazırda idarəolunan məzənnə prosesinə keçmişik. Biz bundan sonra üzən məzənnə prosesinə də keçməyi nəzərdə tuturuq. Üzən məzənnə prosesinə keçmək o qədər də asan deyil. Ancaq dediyim kimi, biz yaxın gələcəkdə bu prosesə keçməyi də nəzərdə tuturuq. Burada o da qeyd olundu ki, Azərbaycan manatı öz sabitliyini axtarmaqdadır. Doğrudan da belədir, manat öz sabitliyini axtarır və axtarmaqdadır. Manatın sabitliyinin təmin olunması isə yalnız tam üzən məzənnə prosesinə keçdikdən sonra mümkün olacaq”.

Baş bankir həmçinin bildirib ki, müştərilər tərəfindən manatla götürülən kreditlərin sonradan dəyişdirilərək dollarla olan kreditlərə çevrilməsi, onlardan həmin kreditlərin dollarla ödənilməsinin tələb olunması böyük və çox ciddi qanun pozuntusudur : “Əgər Azərbaycan vətəndaşlarından, bank müştərilərindən kimlərsə belə hallarla üzləşiblərsə Mərkəzi Banka müraciət etsinlər, biz bu qanun pozuntusuna yol verənlərlə bağlı çox ciddi və sərt tədbirlər görəcəyik”.

E.Rüstəmov manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərlə bağlı yaranmış problemə də toxunaraq bildirib ki, banklar vətəndaşlara həm manatla, həm dollarla kredit götürməyi təklif edə bilirələr və bunu da edirlər. Bank bildirir ki, mən bu gün dollarla kredit verirəm, faizi də, şərtləri də budur və sair. Vətəndaşlar da, müştərilər də bu zaman özləri seçim edirlər. Yəni, kimsə onların seçiminə müdaxilə etmir. Odur ki, vətəndaşlar kredit götürərkən onları gözləyə biləcək risqləri də nəzərə almalıdırlar. Yəni, dollarla götürülən kreditlər dollarla da ödənilməlidir, burada kurs əsas deyil. Ancaq bu yöndə problemləri həll etmək üçün Mərkəzi Bank olaraq yalnız öz tövsiyəmizi verə bilərik, indiyə kimi də belə etmişik. Tövsiyə edirik ki, banklar kreditlərin ödəmə müddətini xeyli uzatsınlar, eyni zamanda, faiz dərəcələrini aşağı salsınlar”.

Nemət


Müəllif:

Oxşar xəbərlər