Milli Məclisin plenar iclasında çıxış edən deputat Elmira Axundova mobil operatorlarla bağlı ciddi tənqidi fikirlər işlədib.
Teleqraf.com xəbər verir ki, yay vaxtına keçid haqqında danışan millət vəkili qeyd edib ki, bu insan orqanizmi və səhhətinə mənfi təsir edir. O təklif edib ki, qış vaxtına keçəndən sonra ölkədə saatlar dəyişdirilməsin.
Deputat Bakcell şirkətini də tənqid edib: “Mənə gələn mesajı oxumaq istəyirəm. Bu mesajlar 10 minlərlə insana gəlir. Məndən xahiş ediblər ki, bu problemi Milli Məclisdə qaldırım. Mən bu məsələ ilə bağlı öncədən çıxış etmişəm və cənab sədr siz məni dəstəkləmisiniz. Mən Bakcelldən xahiş və tələb erdirəm ki, bu mesajlara son qoysunlar, əhalinin cibini boşaltmasınlar. Əks halda mən bu qurumu məhkəməyə verəcəyəm”.
Nemət