Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 24341 müraciət daxil olub.
Teleqraf.com-un məlumatına görə, onlardan 10 364-ü (42,58%) sosial təminat, 5933-ü (24,37%) əmək qanunvericiliyi, 3334-ü (13,7%) nazirliyin elektron xidmətlərindən istifadə, 2647-i (10,87%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 2063-ü (8,48%) isə məşğulluq məsələlərini əhatə edib. Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 22541-i (92,6%) ƏƏSMN-nin fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.
Digər müraciətlərdə ayrı-ayrı vətəndaşların əmək və sosial təminat hüquqlarının müəyyən edilməsi məsələləri, eləcə də təklif və şikayətlər ifadə olunub ki, onlar müraciət vərəqəsi tərtib edilməklə, araşdırılmaq üçün Nazirliyin aidiyyəti struktur bölmələrinə yönəldilib. Ümumilikdə "142-Çağrı mərkəzi"nə daxil olan bütün müraciətlərin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin olunub.
Naibə QURBANOVA