Estoniyanın Narva səhərində gənc musiqiçilərin İ.S.Bax adına növbəti beynəlxalq müsabiqəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a bildirilib ki, beynəlxalq müsabiqədə gənc pianoçularımız, Bakı şəhər 2,12 və 15 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri böyük uğurla çıxış ediblər.
Fortepiano solo və fortepiano ansamblı nominasiyaları üzrə şagirdlərimiz 5 birinci, 4 ikinci və 1 üçüncü mükafata layiq görülüblər.