8 Aprel 2015 18:14
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Coğrafiya və təbii resurslar” adlı jurnal buraxılıb

Azərbaycan Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Coğrafiya və təbii resurslar” elmi-kütləvi jurnalının təqdimat mərasimi keçirilib. Tədbirdə coğrafiyaçı alimlərlə yanaşı, əlaqədar müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimdə institutun direktoru Ramiz Məmmədov çıxış edərək bildirib ki, iqtisadiyyatın və sosial həyatın hər bir sahəsində coğrafi məlumatlara ehtiyac var. İndiyə kimi coğrafiya elminə dair dövri mətbuat orqanının olmadığını deyən akademik Azərbaycanın coğrafiyası və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni elmi nailiyyətlərini özündə əks etdirən bu jurnalın işıq üzü görməsini müsbət qiymətləndirib.

Jurnala coğrafiya elminin bütün sahələrinə - landşaftşünaslıq, geomorfologiya və paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya və ekocoğrafiya, iqtisadi və sosial coğrafiya ilə yanaşı, Xəzər dənizinin coğrafi problemləri, coğrafi təhsilə aid bölmələr daxil edilib: “İnanırıq ki, yenicə işıq üzü görən “Coğrafiya və təbii resurslar” jurnalı tədqiqatçı coğrafiyaşünas alimlərin, müəllim və tələbələrin, elmi yeniliklərin istehsalatda tətbiqində maraqlı olan iş adamlarının, mütəxəssislərin, ümumiyyətlə, geniş oxucu kütləsinin marağına səbəb olacaq".

SEVİL


Müəllif:

Oxşar xəbərlər