Heydər Əliyev prospektindən istifadə edən sürücülər sabahdan bu yoldan keçərkən diqqətli olmalıdırlar.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, aprelin 11-dən 12-ə keçən gecə Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzindən Böyük Şor qovşağına qədər olan hissəsinin əsas yolu təmirlə əlaqədar bağlanacaq.
Təmir işləri zamanı köhnə asfalt-beton örtüyü qaşınıb, yenisi ilə əvəz ediləcək, xətlənmə işi aparılacaq.
Yaxın 1-2 günə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan əsas yolu isə sürücülərin istifadəsinə veriləcək. Hazırda yolun rənglənməsi işləri aparılır.