Lənkəran-Astara yolunun üstündə yerləşən "Şah sarayı" restoranının qarşısında ağır qəza baş verib.
Hadisə şahidlərinin Arqument.Az-a verdiyi məlumata görə, "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb, ancaq 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər 8 nəfər şəxsin isə vəziyyəti ağırdır.
Qəzaya səbəb olan "Mercedes" markalı avtomobilin sürücüsü Astara rayonunun keçmiş polis rəisinin oğludur.
Hadisə ilə bağlı ətraflı məlumata veriləcək.