AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Esdem Accessories” mağazasına yeni aksessuar və bijuteriyalar əlavə olundu.
Qadın zərifliyi və incəliyini özündə əks etdirən “Svarovski” sırğa-üzük dəstlərini, boyunbağları və bilərziklərini əldə etmək istəyən xanımlar yollarını “Esdem”dən salsınlar. Gümüşlərə 20 faiz, dəri boyunbağı və “Svarovski” aksesuarlarına 30 faiz endirim var.
Dəblə ayaqlaşan, zərgərlik incəliyini zərif qaşlarla öz üzərində əks etdirən bijuteriya çeşidləri arasından zövqünüzə uyğun olanı əldə edə bilərsiniz. Alış-veriş edən hər kəsə “Svarovski” paketi və kitabçası üstündə verilir.