20 May 2014 17:43
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyində “Azərbaycanın vergi jurnalı”nın mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş magistrantlar arasında “Vergitutmada müasir meyillər: dünya təcrübəsi və Azərbaycanda tətbiqi imkanları mövzusunda keçirdiyi referat yazılışı üzrə beynəlxalq müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, müsabiqənin təşkil edilməsində məqsəd ölkədə və xaricdə iqtisadiyyat üzrə magistr pilləsində ali təhsil alan gəncləri Azərbaycanın vergi sistemində aparılan islahatlar və tətbiq edilən yeniliklərlə bağlı elmi-nəzəri araşdırmalara cəlb etmək, vergilər sahəsində elmi tədqiqatları stimullaşdırmaq, vergi maarifçiliyini genişləndirməkdir.

Müsabiqəyə ABŞ, Türkiyə və Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 24 iş daxil olub. ABŞ-ın Seton Hall Universitetinin magistrantı Maykl L.Koler 1-ci yerə, Azərbaycan Universitetinin magistrantı Orxan Hüseynov və Türkiyə Respublikası Hacettepe Universitetinin magistrantı Göze Öztürk 2-ci yerə, Qırğızıstan Respublikasının Qırğızıstan-Türkiyə Manas Universitetinin magistrantı Gülnaz Markisova və Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı Leyla Abdullayeva 3-cü yerə layiq görülmüşlər.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Naibə


Müəllif: