20 Aprel 2015 11:46
5 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rəsmi görüşlərdən sonra xanımı ilə Bursa şəhərini ziyarət edib.

Türkiyəli həmkarı Faruk Çelik tərəfindən Bursaya dəvət olunan Səlim Müslümov səfərdən məmnun qaldığını deyib.

"Ankaradan Bursaya gəldik. Maşallah, yol çox gözəldir”,-deyə S.Müslümov əlavə edib./mia.az/

.



Nazir Bursada Orxan məscidi, Kozahan və Ulucamini ziyarət edib, daha sonra kanatla Uludağa gedib.



Nazir 3 il Mərmərə Universitetində müəllim işlədiyini qeyd edib: "Türkiyədə olduğum 4 il müddətində heç vaxt Bursaya gəlməmişdim. İndiyə qədər bunu özüm üçün müyyən çatışmazlıq kimi hiss edirdim”.



Xüsusilə, Ulucamiyə heyran qaldığını deyən S.Müslümov və həyat yoldaşı daha sonra Kozahanda alış-veriş edib.









Müəllif:

Oxşar xəbərlər