20 Aprel 2015 13:27
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanda hava küləkli olacaq, küləyin surəti bəzi yerlərdə güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək, arabir güclənəcək. Axşam şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında şimşək caxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.


Müəllif: