23 Aprel 2015 13:08
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda şimal küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olması meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər.

Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.


Müəllif: