"Erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmalı və sübuta yetirməliyik".
Teleqraf.com-un məlumatına görə, bunu YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, burada ilk növbədə tarixi faktlar, real vəziyyət və görüləcək işlər nəzərə alınmalıdır.
S.Novruzov deyib ki, tarixi faktlar ermənilərə qarşı heç bir soyqırımın törədilmədiyini sübut edir: "Real vəziyyət isə bundan ibarətdir ki, Avropa dairələri artıq qondarma erməni soyqırımını tanımağa çalışırlar. Eyni zamanda bir sıra Avropa dövlətləri Türkiyənin regionda güclənməsindən ehtiyatlanaraq, erməni məsələsindən istifadə etməyə çalışırlar. Bu baxımdan düşünürəm ki, biz beynəlxalq aləmdə öz işimizi gücləndirməliyik. Diaspor vasitəsilə ermənilərin yalanlarına qarşı öz təbliğatımızı aparmalıyıq”.
Bəxtiyar