Beynəlxalq konfransda Azərbaycanı ADNA tələbəsi uğurla təmsil edib Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Kimya texnologiya fakültəsinin (KTF) II kurs tələbəsi Eltac Fərruxzadə Türkiyənin İstanbul şəhərinin Maltepe Universitetində keçirilən I Beynəlxalq Tələbə konfransında iştirak edib.
Avropa, Asiya, Afrika ölkələrindən olan 19 tələbənin qatıldığı bu konfransa tələbəmiz “Alternativ Enerji qaynaqlarından istifadə edərək elektrik enerji mənbələrinin alınması” mövzusunda çıxış edib. Eltac Fərruxzadə çıxışına görə “İnnovasiya və Müdəndislik” sertifikatı ilə təltif olunub. Onun bu çıxışı ingilis və türk dillərində nəşr olunan “İnnovasiya və Müdəndislik” kitabında dərc olunub.
Qeyd edək ki, Eltac 2013-cü ildə ali təhsil almaq məqsədilə Türkiyədə keçirilən qəbul imtahanlarına qatılıb. Eltac imtahanlardan uğurla keçərək, Türkiyənin 8 universitetinə daxil olub. Bu universitetlərdə istədiyi ixtisasa qəbul olmadığına görə oradakı təhsildən imtina edərək, Azərbaycanda - ADNA-da təhsil almağa başlayıb.
SEVİL