"Türkiyə və Azərbaycan bir-birinin uğurları ilə fəxr edir, çünki bu ölkələr "Bir millət - iki dövlət" prinsipinə sadiqdirlər."
Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Daha sonra forumda iştirak edən azərbaycanlı gənclərlə görüşən eks-prezident onlarla xatirə fotosu çəkdirib.