5 May 2015 16:09
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan “TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əli Abbasov bildirib ki, Azərbaycanda rabitә vә yüksək texnologiyalar sahəsi son illərdə ardıcıllıqla inkişaf edir: Bu inkişafda mobil rabitə sektorunun xüsusi çəkisi var. İKT-nin digər istiqamətlərində olduğu kimi, mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdəndir”.

“TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelind də qarşılıqlı, faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.

Görüşdə, həmçinin, “TeliaSonera” şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən “Bakı 2015” Birinci Avropa Oyunlarının təşkili zamanı oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində şirkətin yaxından iştirak etdiyi bildirilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər