6 May 2015 11:25
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli vəzifəsindən azad olunmasına aydınlıq gətirib.

A.Qədirli bildirib ki, o, 9 il çalışdığı vəzifəsindən öz ərizəsi ilə azad edilib. Səbəb isə A.Qədirliinin başqa vəzifəyə keçməsidır: “Mən başqa vəzifəyə keçməyimlə əlaqədar vəzifəmdən azad olunmaq üçün ərizə yazmışam. Əziz dostlarım və həmkarlarım! Artıq öz xahişimlə tutduğum Səhiyyə Nazirliyini mətbuat katibi, Baş məsləhətçi vəzifəsindən azad edilmişəm. Son 9 il ərzində belə bir məsuliyyətli işi icra etmək, sizlər kimi dostlar qazanmaq mənim ən böyük uğurlarımdan biridir. Bu illər bir çox layihələri üzrə sizinlə bərabər çalışmışıq, təbii ki, nailiyyətimiz də olub, çətinliklərimiz də. Tutduğum vəzifədə istər işgüzar, istərsə də şəxsi problemlərlə müraciət edən mətbuat nümayəndələrinin - mənim yaxın dostlarımın hər səpkidə olan müraciətlərinə diqqətlə yanaşmağa çalışmışam, Kimisinin müraciəti müsbət həll olunub, kimdə isə bütün səylərimə baxmayaraq alınmayıb. Mən də siz dostların sayəsində çox uğurlu günlər yaşamışam.

İndi yeni işlərimdə, qurduğumuz gözəl münasibətlərin davam edəcəyinə, mənim sizə, sizin də mənə dəstək olacağınıza əminəm. Sizə də, özümə də uğurlar arzulayıram. Yeni, marağlı layihələrdə görüşənədək. Sağlam olun".”.


Müəllif:

Oxşar xəbərlər