6 May 2015 15:28
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Gömrük Xidməti ilə bir sıra məhsullara gömrük nəzarətinin qarşılıqlı tanınması barədə protokolun qəbul edilməsinə dair danışıqlar aparılması haqqında Rusiya Federal Gömrük Xidmətinin təklifini təsdiqləyən sərəncam imzalayıb.

Rusiya hökumətinin rəsmi saytında yerləşdirilmiş sərəncama görə, danışıqlar Azərbaycandan Rusiyaya gətirilən meyvə və tərəvəz, gül, göyərti, bitkilər və bu məhsulların emalından əldə olunan mallar və digər ərzaq məhsullarının yalnız Azərbaycan Gömrük Xidməti tərəfindən yoxlanılmaqla Rusiya ərazisinə keçirilməsinə imkan verən protokolun imzalanması üçün aparılacaq.

Protokolun imzalanması bir sıra məhsulların Azərbaycan-Rusiya dövlət sərhədindən keçirilməsinin sürətləndirilməsinə, eləcədə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına və Azərbaycan ilə Rusiya arasında ticarət əlaqələrinin inkişafına kömək edəcək.


Müəllif:

Oxşar xəbərlər