6 May 2015 20:36
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 6-da Lənkəranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VIII ənənəvi kitab bayramı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhər mərkəzi kitabxanasında Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən kitab sərgisi ilə tanış olublar.

Mərasimdə çıxış edən Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Validə Məmmədova, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Şahin Şahbazov, Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Könül Manafova, rayon ağsaqqallar şurasının sədri Kamal Kələntərli, Əməkdar Mədəniyyət İşçisi Siddiqə Rzayeva və başqaları ümummilli lider Heydər Əliyevin zəngin bilik mənbəyi olan kitab haqqında söylədiyi fikirləri yüksək qiymətləndirərək, hər bir insanın həyatda mövqe qazanmasında kitabların oynadığı əhəmiyyətli roldan danışıblar.

Tədbirdə məktəblilər, balaca fidanlar və bədii özfəaliyyət kollektivlərinin üzvləri Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar ifa ediblər.


Müəllif:

Oxşar xəbərlər