Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.
Universitetin sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransı rektor, akademik Abel Məhərrəmov açaraq onun əhəmiyyətindən danışıb. Deyib ki, bu konfrans sosial elmlər və psixologiya sahəsində, müasir təhsil və cəmiyyətin inkişafında müşahidə olunan problemlərin həll edilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin müzakirə edilməsi baxımından səmərəli olacaq.
Sonra sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə Qafqaz Universitetinin kafedra müdiri, professor Əjdər Ağayev, BDU-nun pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib və ümumilikdə 144 məruzə dinlənilib.
SEVİL