8 May 2015 11:50
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti-Tolerantlıq” adlı kitabın təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı qeyd edib ki, milli müstəqilliyimizin şərəfli tarixi var. Onun sözlərinə görə, müstəqilliyin ilk illəri heç də asan olmadı: “İlk illər siyasi hakimiyyin səriştəsizliyi ucbatınadan Azərbaycan ciddi çətinliklər qarşısında qaldı. Şuşa və dirgər rayonlar işğal edildi. Lakin Heydər Əliyevin hakmiyyətə qayıdışından sonra dövlət quruculuğu istiqamətində xeyli işlər görüldü. Bu inkişafı biz dini sahədə də gördük. Heydər Əliyevin həyata keçirdiyi tolerant siyasət bu gün dünyada öyrənilir. Onun bu sahədə apardığı siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizdə xeyli sayda məscidlər inşa olunub, köhnələri təmir olunub”.

M.Qurbanlı deyib ki, “Heydər Əliyev siyasəti-Tolerantlıq” adlı kitabda ulu öndərin dini sahə ilə bağlı imzaladığı rəsmi sənədlər, görüşlər və fikirləri öz əksini tapıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini Hacı Salman Musayev bildirib ki, Heydər Əliyev xalqın inkişafı üçün addımları ilə yadda qalacaq. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dini konfessiyalar var, lakin onların ən yaxşı inkişafı məhz ölkəımizin müstəqilliyi dönəmində mümkün olmuşdur: “Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdanda ilk olaraq Təzə Pir məscidində oldu”.

S.Musayev deyib ki, ölkəmizə xaricdən zərərli dini cərəyanlar ayaq açmağa başladı və insanları cəlb etməyə çalışdılar: “Lakin 1995-ci ildə ulu öndər bunu görərək, bu zərərli dini cərəyanların qarşısını alan sərəncam imzaladı".

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd edib ki, tolerantlıq yüksək mədəniyyətin təzahürüdür: “Bu tolerantlıqdan daha çox biz yəhudilər bəhrələnmişik. Azərbaycan xalqının şad günündə sevinmişik, çətin günlərində kədərlənmişik. Məhz bu gün Şuşanın işğalı günü Milli Qəhrəman Albert Aqarunovun anım günüdür. Biz belə iç-içə yaşamışıq. Məhz ulu öndərin tolerant siyasəti budur. Onun bu siyasətini Prezident İlham Əliyev davam etdirir. Hər dəfə Qubaya səfəri zamanı dövlət başçısı yəhudilərlə görüşüb “qardaşlar necəsiniz” deyir. Bu qardaşlıq sözü dövlət başçısı tərəfindən təsadüfən deyilmir. Biz qardaşlamış xalqıq və bu, bu günün siyasəti deyil. Azərbaycanda anti-semitizm yoxdur və ola da bilməz”.


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər