8 May 2015 23:05
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şamaxıda rayon Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilib.

Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım üçün keçirilən humanitar aksiyada rayonun icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, YAP Şamaxı rayon təşkilatının üzvləri, habelə təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdiriblər.

Qan vermək üçün 250 nəfərdən çox sakin müraciət edib, hərtərəfli müayinədən sonra 100 nəfərdən qan götürülüb.

Aksiya zamanı əldə olunan qan ehtiyatı Səhiyyə Nazirliyi B.Eyvazov adına Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına göndərilib.


Müəllif:

Oxşar xəbərlər