9 May 2015 14:29
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) faşizm üzərində Qələbə günü münasibətilə Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, toplantıya gəlmiş Böyük Vətən müharibəsi veteranları FHN-in hərbi orkestrinin ifa etdiyi təntənəli marşın sədaları altında qarşılanıb, onlara gül dəstələri təqdim olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə tədbiri açaraq nazirliyin rəhbərliyi və kollektivi adından toplantı iştirakçılarını 9 may – Qələbə günü münasibətilə təbrik edib.

Tədbirdə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Böyük Vətən müharibəsində xalqımızın şücaəti haqqında geniş çıxış etmiş, qələbənin qazanılmasında Azərbaycanın əvəzsiz rolundan bəhs ediblər.

Respublika Veteranlar Şurası adından çıxış edən Böyük Vətən müharibəsi veteranı Adil Babaşov və Sofiya Cəfərova müharibədə azərbaycanlıların qəhrəmanlığından bəhs etmiş, ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışaraq Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.


Müəllif: