10 May 2015 19:26
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Satışda sızanaqları tez qurudan onlarla krem və digər vasitələr var. Ancaq sızanaqlar sağalsa belə, meydana gələn ləkələr gözəlliyinizə kölgə salmağa davam edə bilər.

Çünki sızanaq ləkələri çox çətin yox olur.

Publika.az sizi bu problemdən xilas edəcək bir maska resepti təqdim edir:

Bu maska yumurta ağı, gül kələmi, süd və alma şirəsi kimi hər kəsin evində tapılan məhsullardan hazırlanır.


Odur ki, tənbəllik etməyin və bu maskanı sınaqdan keçirin.

Tərkibi:

Bir yumurtanın ağı
1 xörək qaşığı gül kələmi suyu
1 çay qaşığı süd
1 çay qaşığı alma şirəsi

Məhsulların hamısını qarışdırın.

Bir tənzif götürüb ağız və gözləriniz üçün uyğun yerləri kəsin. Əvvəlcə maskanı üzünüzə çəkin. Daha sonra tənzifi üzünüzə yapışdırın. Üzərindən təkrar fırçayla maskanı çəkin. 20 dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq suyla yuyub qurulayın. Proseduradan dərhal sonra nəmləndirici krem çəkin.

3 gündən bir proseduranı təkrarlayın.

Qeyd edək ki, bu maska ancaq gecə yatmazdan əvvəl istifadə edilməlidir. Əks halda dəri günəşə qarşı müdafiəsiz olduğu üçün üzünüzə çil düşə bilər.


Müəllif: