14 May 2015 13:35
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə Bakı-Kiyev reysi ilə uçmağa hazırlaşan silahlı şəxs saxlanılıb.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M. Səfərli bildirib ki, 1977-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Vaqif İsmayılovun üzərindən tabel silahı olan “Makarov” tipli tapança aşkar edilib. Saxlanılan şəxsin üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patron da aşkar edilərək götürülüb. V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis idarəsinə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər