15 May 2015 19:15
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 15-də Oğuz şəhərində növbəti qəbul keçirib.

AFRA otelin konfrans zalında keçirilən qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən bakalavr və magistr səviyyəsinə qəbul, sınaq və buraxılış imtahanları, işə qəbul və müəyyən metodiki məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlər, o cümlədən vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri qeydiyyata alınıb və nəzarətə götürülüb.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər