“Qarabağ” klubu Bakının Binəqədi rayonunda baş vermiş yanğında dünyasını dəyişənlərin xatirəsini yad edib.
Bununla bağlı klubun rəsmi saytında başsağlığı yerləşdirilib.
““Qarabağ” futbol klubu bu gün Binəqədi rayonunda baş vermiş faciəvi hadisə zamanı vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyir!”.
Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə etmişdi.
Son məlumatlara görə, yanğın zamanı 15 nəfər ölüb, 54 nəfər isə yaralanıb.