Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Peşavər şəhərində fəaliyyət göstərən və terror hücumuna məruz qalan hərbi məktəbə baş çəkib.
Teleqraf.com xəbər verir ki, səfir məktəbdə hücum zamanı həlak olan şagirdlərin və müəllimlərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak edib. Tədbirə həmçinin Bosniya, Tacikistan, Misir, Argentina, Macarıstan, İsvec, İndoneziya, Rusiya, Cənubi Afrika, Rumıniya, Yunanıstan, Norvec və Avstriya səfirləri də qatılıblar.
D.Şikarov Xeybər Paxtunkva əyalətinin korpus komandiri general Hedayat Ul-Rehman, əyalətin polis rəisi General Durrani və hərbi məktəbdə təhsil alan şagirdlərlə görüşüb.
Samir