Sakinlərin borcları silindi
Mayın 19-da Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğınla əlaqədar “Azərsu” ASC məlumat yayıb.
“Azərsu” ASC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinidən Teleqraf.com-a verilən məlumata görə, həmin yanğından zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək.
Nigar