25 May 2015 14:57
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin respublikanın səfalı güşələrində istirahətinin təşkili işlərini davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik üzrə müvafiq əmrlə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, qeyd olunan təbəqədən olan daha 76 nəfər Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb. Bununla da ƏƏSMN tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub. Bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək. Belə ki, adıgedən Proqrama əsasən, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər