Azərbaycanda mobil telefon nömrələrinin sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, mobil telefon nömrələrinın sayı ötən il 10 101,9 min olub. Say 2010-cu ildə 8 938,7, 2011-ci ildə 9 396,5, 2012-ci ildə 9 634,6, 2013-cü ildə isə 9 720,6 min nömrə təşkil edib. Həmçinin Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən mobil telefon nömrələrinin sayı hazırda 107 ədəddir.
Müvafiq göstəricilər 2010-cu ildə 99, 2011-ci ildə 104, 2012-ci ildə 105, 2013-cü ildə isə 105 olub. Bununla bağlı statistik rəqəmlər Dövlət Statistika Komitəsinin yeni nəşri olan “Azərbaycan rəqəmlərdə 2015” bülletenində yer alıb.
Nəşrdə telefon rabitəsinin digər əsas göstəriciləri də nəzərə çatdırılır. Bu məlumatlara əsasən, ATS-lərin sayı ötən il 1 634, ATS-lərin ümumi tutumu 1 831,1 min nömrə olub. Eyni zamanda telefon aparatlarının sayı (telefon şəbəkəsinə qoşulmaq imkanı olan telefon aparatları və taksofonlar daxil olmaqla) 1 574,1 min nömrə olub. Son 5 il ərzində telefon şəbəkəsi taksofonlarının sayında isə azalma qeydə alınıb.
Belə ki, taksofonların sayı 2010-cu ildə 1 684 ədəd olubsa, bu rəqəm 2014-cü ildə 570-ə enib. Əsas telefon aparatlarının sayı ötən il 1 557,3 min nömrə olub. Mənzillərdə olan telefon aparatlarının sayı 1 369,3 min nömrə təşkil edib.
Əhalinin hər 1000 nəfərinə düşən telefon aparatlarının sayı 2014-cü ildə 167 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69 ədəd olub.
İLHAMƏ