23 May 2014 12:15
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür davam edən Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı bu gün öz işini başa vurub.

Teleqraf.com-un məlumatna görə, konfransda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) ilə Avropa Port İcma Sistemləri Assosasiyası arasında anlaşma memorondumu imzalanıb. Memorondumun imzalanmasından bir sıra şəxlərə təltiflər, mükafatlar və fəxri adlar təqdim olunub.

Dövlət Gömrük Xidmətinin rəisi Aydln Əliyevə Ukrayna Gömrük Akademiyasının fəxri doktoru adı verilib. DGK-də İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İntiqam Babayevə isə mükafat və hədiyyələr təqdim olunub.

DGK sədri Aydın Əliyev peşəkar və akademik nailiyyətlərinə və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransını təşkil etdiyinə görə İNCO-nun fəxri üzvü adına layiq görülüb. Aydın Əliyevin bu mükafata ən layiqli namizədlərdən biri olduğu vurğulanıb.

Bildirilib ki, gömrük işinin təşkili baxımından verdiyi xidmətlər çox faydalı olduğu üçün bu mükafata layiq görülüb. DGK sədri Aydın Əliyev bu mükafatlara görə, konfransın təşkilatçılarına təşəkkür edib: “Konfransı təşkil etmək asan deyildi. Amma biz bu barədə müzakirələr, fikir mübadilələri apardıq. Sonda isə bizimlə həmfikir olanları bir araya gətirə bildik. Əsas da odur 3 Nobel mükafatçısının tədbirdə iştirakına nail ola bildik.

Bu yanaşmalar isə gömrüyün işində yenilikləri təbə edir. Biz də risqləri öz üzərimizə götürdük. Çünki bu iş böyük risk tələb edir. Bu əməkdaşlıq yalznız bu günlə məhdudlaşmır. Ümumdünya Gömrük Təşkilatı ilə daim görüşlər olur və bu, daim davam edəcək”.

Naibə QURBANOVA


Müəllif: