Bakının Səbail rayonunu Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən avtomobil yolunun sağ tərəfində torpaq sürüşməsinin qeydə alındığı haqda məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, bu, lokal sürüşmədir: “Torpaq sürüşməsindən söhbət gedə bilməz. Baş verən hadisə adi torpaq aşınmasıdır. Respublikanın əksər yollarının kənarlarında, çay qıraqlarında yağan yağışın təsirindən belə torpaq aşınmaları hər gün olur. Sürüşmə atmosfer yağıntılarının düşməsi nəticəsində baş verib”.
Baş geoloqu, sözlərinə görə, aşınmanın genişlənməsi ehtimalı yoxdur.
Ələmdar Piriyev bildirib ki, torpaq aşınmasının qalınlığı 10-15 santimetrdir və kiçik bir ərazini əhatə edir.