29 May 2015 13:27
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlıq çərçivəsində bu ilin martın 18-dən aprelin 20-dək “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq loqo müsabiqəsi elan edib.

ADTGT-dən Teleqraf.com-a verilən məlumata görə, müsabiqə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən, yaşayan QHT-lər, yaradıcı təşkilatlar və fiziki şəxslər üçün nəzərdə tutulub.

Müsabiqə elan olunandan sonrakı müddətdə Azərbaycandan və eləcədə 8 əcnəbi ölkədən (İspaniya, Latviya, Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Bosniya və Herseqovina və Türkiyə) yaradıcı şəxslər və QHT tərəfindən yarışmaya böyük maraq, diqqət göstərilib və müsabiqəyə 37 kreativ konseptli loqo variantları təqdim olunub.

Göndərilmiş bütün loqo versiyaları Rəssamlar İttifaqı, “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, ADTGT nümayəndələrinin və müstəqil dizayn-rəssamlıq studiyaları təmsilçilərinin daxil oldu Ekspert Komissiyası tərəfindən qiymətləndirilib.

Şərtlərə uyğun olaraq, təqdim edilmiş loqo əvvəllər yayımlanmamış olmalı, öncə yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gəlməməli və müsabiqənin Konsepsiyasına uyğun onun məzmununu əks etdirməli idi.

Loqo tarixi Azərbaycan şəhəri, Qarabağ xanlığının mərkəzi olmuş qədim Şuşa şəhərinin müxtəlif kaloritli mədəniyyətini, zəngin mədəni irsini, təkrarolunmaz təbiətini dünyaya nümunə olacaq, geniş ictimai maraq kəsb edəcək şəkildə tanıtmalı və təbliğ etməli idi. Loqoda Şuşa şəhərinin, onun maddi-mədəni sərvətlərinin dağıdılmasına yönələn erməni vandal hərəkətlərinə etiraz, beynəlxalq dəstək, Şuşa üçün sülh və azadlıq çağırışları kimi məqamlar da öz əksini tapmalıydı.

Ekspert komissiyası tərəfindən orijinallığı və loqo konsepti yüksək qiymətləndirilən, Gürcüstan QHT-nın rəhbəri Zurab Gventsadze tərəfindən təqdim olunan loqo qalib seçilmiş və bu bəyənilən variantın “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu kimi müəyyən edilməsi qərara alınıb. Digər 2 loqo müəllifi (Azərbaycan və İspaniya təmsilçiləri) xüsusi diploma layiq görülüblər.

Qalib olmuş və kampaniyanın rəsmi loqosu seçilmiş loqonun geniş ictimai təqdimatı hökumət rəsmilərinin, diplomatik nümayəndlərin, QHT və KİV təmsilçilərinin iştirakı ilə iyunun 9-u saat 12.00-da “Kempinski Badamdar Baku” Otelinin zalında olacaqdır. Burada loqo müəllifinə 2 000 AZN pul mükafatı və Şuranın diplomu təqdim ediləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər