1 İyun 2015 13:33
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının ilk iclası keçirilib.

BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qısa zaman ərzində ölkəmizin nüfuzlu ali məktəblərinin siyahısına daxil olduğunu bildirib. Yüksək səviyyəli, beynəlxalq standartlara uyğun təhsilin verildiyi BANM-də elmin inkişafından və elmi nailiyyətlərin tədbiqindən danışıb. O, deyib ki, hər bir ali məktəbdə təhsil və elm birgə vəhdətdə inkişaf etməlidir, elmi istiqamətdə müxtəlif kəşflər və nailiyyətlər olmalıdır. BANM-də ölkəmizin tanınmış elm adamlarının neft-qaz və kimya sənayesi, o cümlədən avtomatlaşdırılma üzrə dünya şöhrətli, nüfuzlu alimlərin çalışdığını deyən Elmar Qasımov onların BANM-in Elmi Şurasına öz töhfələrini verəcəyindən əminliyini ifadə edib.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu əlamətdar hadisə münasibəti ilə BANM-in rəhbərliyini, kollektivi, o cümlədən elmi şuranın üzvlərini təbrik edib.

Sonra Elmar Qasımov iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər və gündəliyə əlavə məsələlər salınması üçün təkliflər ətrafında geniş müzakirələr aparılıb. BANM-in elmi şurası haqqında əsasnaməsi və aydaları təsdiqlənib, həmçinin kadr təyinatı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanım Cəfərovanın “Mathematics-1” fənnindən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün tərtib etdiyi dərs vəsaitinin müzakirəsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Yekunda müzakirə olunan məsələlər səsverməyə qoyulub və açıq səsvermə yolu ilə qərar qəbul olunub.

Naibə QURBANOVA


Müəllif: