Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, iyunun 5-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26, Qanıx çayının Əyriçay məntəqəsində isə 23 santimetr artım müşahidə olunub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən artdığı müəyyən edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 22, Salyanda 40, Bankədə 5 santimetr artım qeydə alınıb.