Tanrının mükәmmәl dәqiqliklә yaratdığı insan orqanizmi ətraf mühitin ziyanlı tәsiri nәticәsindә müxtәlif xәstәliklәrlә üz‑üzә qalır. Yüz milyonlarla insanın tutulduğu şәkәr diabeti isə mәdәaltı vәzin funksiyasının vә ümumilikdә maddәlәr mübadilәsinin pozulması ilә bağlıdır.
Bu problemlərin qarsısını almaqda cücərmiş buğda olduqca faydalıdır. Yəqin ki, çoxunuz buğda toxumu haqqında eşitmişiniz. Suda cücərən buğda sutka ərzində 100 dəfə artır. Lakin cücərmiş unikal qoz reseptindən çoxları xəbərsizdir. O, 2 həftə ərzində suda 1000 dəfə böyüyür. Üstəlik, faydalarını saymaqla bitmir. Odur ki, mütəxəssislər cücərmiş qozu çox vaxt “cavanlıq resepti” adlandırırlar.
Bunun üçün 1 kq. təmizlənməmiş qoza soyuq su əlavə edilir. Su qozun üzərini örtməlidir. Qozlu suyu pəncərənin qabağında 2 həftə saxlamaq lazımdır. Gündə 2 dəfə qozları qarışdırın. İki həftədən sonra qozlar istifadəyə hazır olur. Daha sonra qozları eyni suda 2 gün də soyuducuda saxlayın.
Norma üzrə səhər və axşam 3 təmizlənmiş qoz yeyin. Bu resept hüceyrələri yeniləyir, dərini, orqanizmi gəncləşdirir, immuniteti və beyin fəaliyyətini gücləndirir, sümükləri möhkəmləndirir, sinir sistemini bərpa edir, o cümlədən bağırsaqları şlaklardan, toksinlərdən təmizləyir və qan dövranı sistemini yaxşılaşdırır. Lakin mədəaltı vəzin (pankreatiti) fəaliyyətinin pozulması zamanı ehtiyatlı davranmaq lazımdır.
P.S. Unutmayın ki, yalnız öz qidalanma rejiminizi dəyişməklə, sağlam həyat tərzinə əməl etməklə daim gənc və gümrah qalmaq mümkündür.(publika.az)