7 İyun 2015 14:10
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay "Elektron hökumət” portalı üzərindən təqdim olunan "GoMap elektron xəritə" xidmətindən 1844 dəfə istifadə edilib. Elektron xidmət Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.

Bu barədə Teleqraf.com-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.

"GoMap elektron xəritə" bir neçə funksiyanı yerinə yetirir. Bu xidmətin axtarış sistemi vasitəsilə istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) ünvanını tapmaq, iki məntəqə arasında marşrutu müəyyən etmək mümkündür. Daha sonra, “GoMap elektron xəritə” vasitəsilə radius üzrə yaxınlıqda yerləşən məntəqəni öyrənmək mümkündür. "Hardayam?" bölməsi vasitəsilə olduğunuz yer barədə məlumat da əldə etmək, hətta marşrutların hərəkət istiqamətlərini öyrənmək mümkündür. Elektron xəritənin yaratdığı imkanlar arasında nəqliyyat yolları haqqında, iki obyekt arasında marşrutun müəyyən edilməsi, ictimai nəqliyyatın hərəkət istiqamət və s. bu kimi imkanlar mövcuddur. Müvafiq proqram təminatı vasitəsilə, həmçinin istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) axtarışı da mümkündür.

"GoMap elektron xəritə" xidmətindən üç dildə - Azərbaycan, ingilis və rus dillərində istifadə etmək mümkündür.


Müəllif:

Oxşar xəbərlər