Dövlət Gömrük Komitəsinin Akademiyasında dördaylıq tədris kursu keçən gömrük əməkdaşları imtahan veriblər.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, kurslar gömrük sistemində kadrların seçilib yerləşdirilməsinin təkmilləşdirilməsi, onların bilik və ixtisas səviyyəsinin artırılması məqsədi ilə təşkil edilir. Müvafiq kurslar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nə uyğun olaraq keçirilib.
İmtahanların obyektiv və şəffaf aparılması üçün hər cür şərait yaradılıb. Məlumat bazasında toplanan suallar gömrük xidmətinin bütün sahələrini özündə əks etdirməklə 1 düzgün və 3 yayındırıcı cavablarla əhatələnib. Kursu bitirən əməkdaşların hamısı müəyyən vaxt çərçivəsində sualları cavablandırıblar.