12 İyun 2015 17:22
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir elektron xidmətindən istifadə genişlənir.

RYTN-in Məlumat Hesablama Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin may ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə “Telefonun addan ada keçirilməsi” elektron xidmətindən 315 dəfə istifadə olunub.

Bu xidmətdən istifadə etməklə abunəçilər ev telefonunu öz adına və ya ailə üzvlərindən birinin adına keçirmək üçün telefon qovşağına getmədən onlayn şəkildə müraciət edə bilirlər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər