16 İyun 2015 10:03
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron hökumət" portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borclar, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar haqqında bildiriş əldə edə biləcəklər.

Bu barədə Teleqraf.com-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.

Bundan əlavə, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq olacaq.

Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır.


Müəllif:

Oxşar xəbərlər