16 İyun 2015 19:44
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 16-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21, Qanıx çayının Əyriçay məntəqəsində isə 4 santimetr azalma müşahidə olunub.

Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 310, Şirvanda 133, Salyanda 70, Bankədə 179, Novruzlu məntəqəsində isə 30 santimetrdir.


Müəllif:

Oxşar xəbərlər