16 İyun 2015 15:53
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən imtahanın nəticəsini açıqlayıb.


TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, 9-cu siniflərdə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. İmtahanda iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib. TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.


XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. İmtahanda iştirakı nəzərdə tutulan 20865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.


Qeyd edək ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.


Müəllif: