23 İyun 2015 08:15
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə "Jurnalistlərə dəyər verək" layihəsi həyata keçirilir.

Vüqar Quliyevin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində jurnalistlər üçün keçirilən mediatur çərçivəsində 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Qış-Yay Turizm Kompleksinin və burada yerləşən "Zirvə" hotelinin qış turizmi ilə yanaşı, yay turizm imkanları ilə də tanış olub.

“Jurnalistlərə dəyər verək” layihəsinin əsas məqsədini açıqlayan layihə rəhbəri Vüqar Ağamalı deyib ki, əsas məqsəd media nümayəndələrinin istirahətinin təşkilidir.

Mediaturda iştirak edən jurnalistlər Şahdağ Turizm Kompleksində təşkil olunan 14 növ yay əyləncəsindən istifadə ediblər. Bildirilib ki, yay turizminin inkişafını qarşısına məqsəd qoyan kompleks dünya turizminin əyləncələrini Azərbaycana gətirməklə kifayətlənməyib. Burada turistlərin rahatlığının təmini üçün nəqliyyat xidməti yaradılıb, xüsusi avtobuslarla birbaşa reyslər təşkil edilir.


Müəllif:

Oxşar xəbərlər