“Reklam haqqında qanunda 2 növ tənzimləmə nəzərdə tutulub. Bunlardan biri dövlət tənzimləməsi, digəri isə özünüidarəetmə tənzimləməsidir”. Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, qanunda reklamların yerləşdirilməsi ilə bağlı bütün məsələlər öz əksini tapır. Onun sözlərinə görə, müvafiq icra hakimyyəti orqanı qanunun tənzimləməsi ilə məşğul olacaq.
“Digər tərəfdən isə Azərbaycanda qeyri- hökumət təşkilatları var, bunlar özünütənzimləmə təşkilatlarıdır. Ölkədə Reklamçılar İttifaqı mövcuddur, hətta bu qurum Beynəlxalq Reklamçılar İttifaqının üzvüdür. Bu təşkilatlar müəyyən qədər tənzimləmə mexanizmini həyata keçirə bilərlər. O cümlədən, reklama müəyyən lisenziyanın verilməsi, reklamın ölçülərinin dəqiq müəyyən edilməsi, nəqliyyatda hansı vasitələrlə göstərilməsi, televiziya ekranında necə yayımlanması kimi məsələlərin hamısı qanunda öz əksini tapıb. Hesab edirəm ki, bu qanun reklam bazarının inkişafını daha da təkmilləşdirəcək”, – deyə komitə üzvü qeyd edib.
Səxavət