26 İyun 2015 08:39
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Çin Xalq Respublikasının (ÇXR) Harbin şəhərində “Avrasiya ölkələrində turizm sahəsində inkişaf və idarəetmə” mövzusunda seminarda iştirak edib.

ATMU-dan Teleqraf.com-a bildirilib ki, tədbir ÇXR-in Kommersiya Nazirliyinin dəstəyi, Harbin Kommersiya Universitetinin (HKU) təşkilatçılığı ilə keçirilib.

Layihə çərçivəsində iştirakçı ölkələrin nümayəndələri HKU-nun müəllimləri tərəfindən “Turizm biznesində informasiya menecmenti”, “Turizm sənayesində e-kommersiya”, “Estetik baxımdan turizmin dəyəri”, “Çin mətbəx mədəniyyəti”, “Turizm sənayesinin inkişafı və dövlət siyasəti”, “Turizm biznesində marketinq”, “Beynəlxalq turizm sənayesinin vəziyyəti və inkişaf tendensiyası” və digər mövzularda keçirilən seminar-mühazirələrin dinləyicisi olublar.

Seminarın məqsədi Azərbaycan, ÇXR, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan mütəxəssislərin bir araya gələrək geniş fikir mübadiləsi aparmalarına imkan yaratmaqdır.

İştirakçılar seminar çərçivəsində paytaxt Pekində və Dalyan şəhərində olub, ölkənin tarixi yerləri və abidələri ilə tanış olublar.

Seminarın yekununda iştirakçılara Harbin Kommersiya Universitetinin sertifikatları verilib.


Müəllif: