29 İyun 2015 23:32
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev iyulun 9-da Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a bildiriblər ki, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyulun 7-dək qurumun rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.


Müəllif:

Oxşar xəbərlər