30 İyun 2015 15:08
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) ştat vahidinin artması və yeni əməkdaşların cəlb olunması ilə əlaqədar olaraq bölgə şöbələrinin fəaliyyətində səmərəliliyin artırılması, dövlət-din münasibətləri sahəsində strateji hədəflər istiqamətində məlumatlılığın təmin edilməsi ilə bağlı şöbənin əməkdaşları üçün seminar-treninq keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oktay Hüseynov, Dini təhsil sektorunun müdiri Anar Əlizadə, sektorun baş məsləhətçisi Anar Əliyev, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları iştirak ediblər.

Seminarda DQİDK-nın iş prinsiplərinin xüsusiyyətləri ilə yanaşı, bölgədəki dini durum da müzakirə olunub. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, analoji seminar-treninqlərin komitənin müvafiq dislokasiyaları üzrə digər regional şöbələri ilə də keçirilməsi nəzərdə tutulub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər