2 İyul 2015 00:39
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində Azərbaycanda 108 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlər Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin (REV) istismarına nəzarət şöbəsi və Efirə radionəzarət şöbəsinin bölgələr üzrə efirə radionəzarət məntəqələrinin mühəndisləri tərəfindən 2015-ci ilin 6 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə müvafiq qaydada texniki baxış keçirilərək 245 akt tərtib edilib.

Trend İdarəyə istinadən məlumat verir ki, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 108 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 48 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 18 ədədinin qeydiyyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 12 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.


Müəllif:

Oxşar xəbərlər