Sabah Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 34 dərəcə olacaq. İyulun 4-də isə temperatur rejimində ciddi fərq olmasa da, şimal küləyi üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildirilib ki, iyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.